Azərbaycan benzini Ermənistana necə kömək edib?

Oxunma vaxtı:24 Saniyə

Ermənistan Azərbaycandan idxal edilən benzin sayəsində ildə təxminən 100 milyon dollar qənaət edəcək.

Bunu şirkəti Azərbaycan benzinini idxal edən Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Xaçatur Sukiasyan deyib.

“Son 30 il ərzində Ermənistan daima müxtəlif ölkələrdən neft məhsulları idxal edib. Onilliklər ərzində Ermənistana nəqliyyat yolları bağlanıb, nəqliyyat xərclərinə böyük məbləğlər xərclənib. Təxmini hesablamalara görə, Ermənistan yanacaq istehlakının 80%-ni qonşularından almağa başlasaydı, hər il 80-100 milyon dollar qənaət edərdi. Bu məbləğ digər sektorların inkişafı üçün istifadə oluna bilər”.

Loading

Next Post

Bəzi ərazilərdə dumanlı hava müşahidə olunur

Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın […]