Paşinyan: Bəzi qüvvələr kilsəni dövlətə qarşı yönəltməyə çalışır, buna imkan verməyəcəyik

Oxunma vaxtı:29 Saniyə

Müəyyən qüvvələr Erməni Kilsəsindən dövlətə qarşı alət kimi istifadə etməyə cəhd göstərir.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Kilsəsinin yenilənməsi şüarı altında keçirilən kütləvi yürüşün yekununda çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, bəzi qüvvələr Erməni Kilsəsini Ermənistan Respublikasına qarşı yönəlmiş addımlar üçün dayaq nöqtəsinə çevirməyə çalışırlar.

“Bizim doğma kilsəmizi, müqəddəs dəyərimizi dövlətimizə qarşı istifadə etmək istəyirlər. Mən Ermənistanın Baş naziri olaraq bəyan edirəm ki, buna imkan verməyəcəyik”, – Paşinyan vurğulayıb.

Paşinyan hökumətin kilsəyə qarşı fəaliyyət göstərməsi ilə bağlı ittihamları rədd edib: “Hökumət kilsəyə qarşı hərəkət etməyib, etmir və heç vaxt edə bilməz”.(Apa)

Loading

Next Post

MN-in vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Müdafiə Nazirliyinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib. Tağıyev Ruhin Zeyid oğlunun Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi vəzifələrində işlədiyi dövrdə çoxsaylı qanunsuz əməllərə yol verməsi barədə Müdafiə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş prokuror […]