Azərbaycan Premyer Liqası: 16 turda 16 böyükhesablı nəticə qeydə alınıb

Oxunma vaxtı:41 Saniyə

Misli Premyer Liqasının 2025/2026 mövsümündə indiyədək baş tutan 16 tur ərzində 16 böyükhesablı nəticə qeydə alınıb.

Meydan sahibləri 9, qonaqlar 7 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib.

10 komanda böyükhesablı qələbə əldə edib. Yalnız “Araz-Naxçıvan”la “Karvan-Yevlax”ın belə uğuru yoxdur.

“Sabah”, “Qarabağ”, “Turan Tovuz”, “Sumqayıt”, “Şamaxı” və “İmişli” hərəyə 2 dəfə rəqibi böyük fərqlə məğlub edib. “Zirə”, “Neftçi”, “Kəpəz” və “Qəbələ”nin bir uğuru var.

Gəncə klubu hamıdan çox – 6 dəfə, “Karvan-Yevlax” 4 dəfə üç və ya daha çox top fərqi ilə uduzub. “Araz-Naxçıvan” 2, “İmişli”, “Zirə”, “Şamaxı” və “Sumqayıt” 1 ağır yenilgiyə üzülüb. İki cütdə eyni komanda hər iki dövrədə rəqibini böyük fərqlə üstələyib. “Qarabağ” “Araz-Naxçıvan”ı (5:0, 5:1), “Şamaxı” “Karvan-Yevlax”ı (3:0, 3:0) iki dəfə belə məğlubiyyətə uğradıb.

Loading

Next Post

Bakıda NFC ödənişləri bütün avtobus marşrutlarında aktivləşdirilib

NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi Bakı şəhəri üzrə nağdsız ödəniz sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında aktivləşdirilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb Məlumata əsasən, yeni sistem çərçivəsində tətbiq […]