Mirziyoyev İlham Əliyevi təbrik etdi

Oxunma vaxtı:1 Dəqiqə, 13 Saniyə

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Əziz qardaşım.

Zati-aliləri, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizi əzəli qardaşımız olan Azərbaycan xalqının əsl vətənpərvər və fədakar övladı, müdrik və sədaqətli rəhbəri, dövrümüzün görkəmli dövlət xadimi, beynəlxalq miqyasda yüksək hörmət və nüfuza malik böyük siyasətçi kimi yaxşı tanıyır və yüksək qiymətləndiririk.

İdarəçilik sahəsindəki zəngin bilik və təcrübəniz, uzaqgörən, müdrik və səmərəli siyasətiniz nəticəsində doğma Vətəninizin təkcə ərazi bütövlüyü bərpa olunmayıb, həm də onun beynəlxalq arenadakı mövqeyi və nüfuzu ildən-ilə daha da möhkəmlənib ki, bütün bunlar bizi sonsuz dərəcədə sevindirir.

Bu məqamda Sizin irəli sürdüyünüz mühüm regional və qlobal təşəbbüslərin dünya ictimaiyyəti tərəfindən geniş dəstək görməsini də xüsusi vurğulamaq istərdim.

Dost və qardaş dövlətlərimiz arasında strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolundakı böyük xidmətləriniz və qətiyyətli səyləriniz sayəsində qardaşlıq əlaqələrimizin tamamilə yeni keyfiyyət mərhələsinə yüksəldiyini məmnuniyyətlə qeyd edirik.

Hörmətli İlham Heydər oğlu, qarşıya qoyduğumuz ali məqsədlərə çatmaq üçün birgə səylərimiz, ali səviyyədə aparılan fəal və konstruktiv dialoqumuz nəticəsində çoxşaxəli və uzunmüddətli əməkdaşlığımızın qardaş xalqlarımızın ümumi tərəqqisi naminə bundan sonra da səmərəli inkişaf edəcəyinə qəti şəkildə inanıram.

Əziz dostum, həyatınızın bu sevincli və unudulmaz günü münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, ailə səadəti, ölkənizin əmin-amanlığı və rifahı naminə həyata keçirdiyiniz məsuliyyətli dövlətçilik fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıram”.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,38 ABŞ dollar və ya 0,59 % artaraq 64,25 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 61,17 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]