Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub

Oxunma vaxtı:43 Saniyə

Baş prokuror Kamran Əliyev qətərli həmkarı İssa bin Saad Al Nuaimini Azərbaycana səfərə dəvət edib.

Dohada keçirilən görüşdə Qətərin Baş prokuroru qurumlar arasında yüksək səviyyəli işgüzar münasibətlərin ölkələrin siyasi rəhbərlikləri arasında formalaşmış dostluq münasibətlərindən qaynaqlandığını bildirib.

K.Əliyev hər iki ölkənin prokurorluqları arasında formalaşmış səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edib.

Görüşdə Azərbaycanla Qətər arasında daha öncə imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı konkret tədbirlər, həmçinin digər istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Baş prokuror Dohada, həmçinin, Qətərin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Hamad bin Nasser Al Misnad, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin cari direktoru Con Brandolino, İranın ədliyyə naziri Əmin Hüseyn Rəhimi, Beynəlxalq Antikorrupsiya Akademiyasının cari dekanı Drago Kos, Litva Xüsusi İstintaq Xidmətinin direktoru Linas Pernavas, Uqanda Dövlət Prokurorluq Xidmətinin direktoru Lino Anguzu, Moldovanın cari Baş prokuroru Aleksandru Makedon və başqaları ilə ikitrəfli görüşlər keçirərək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Loading

Next Post

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub

Doğma yurduna yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Bu mərhələdə şəhərə 69 nəfərdən ibarət 17 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.