KİV: Uitkoff və Kuşnerin Putinlə danışıqları nəticəsiz qalıb

Oxunma vaxtı:24 Saniyə

Rusiya Prezidenti Vladimir Putinin Uitkoff və Kuşnerlə 5 saat davam edən görüşü nəticəsiz olub.

Bu barədə “Politico” nəşri yazıb.

Nəşrin yazdığına görə, danışıqların gedişindən xəbərdar olan mənbələr bildirib ki, görüş heç bir nəticə verməyib və tərəflər konkret qərara gələ bilməyiblər.Bununla belə, Putin söhbət zamanı “Avropa tərəfinin destruktiv fəaliyyətlərini” vurğulayıb.

“Politico” qeyd edir ki, bu ifadə Kreml rəhbərinin mümkün sülh sazişinə nail olunmadıqda məsuliyyəti Avropa İttifaqının üzərinə atmağa çalışdığını göstərir. Qeyd olunur ki, Aİ nümayəndələri həmin görüşdə iştirak etməyiblər.

Loading

Next Post

Müharibə dövrü üçün məhdud yararlı şəxslər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər

Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər. Bu, Nazirlər Kabinritnin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də etdiyi dəyişiklikdə əksini tapıb.İndiyə qəsər qüvvədə olan qərara əsasən, hərbi xidmətə çağırış zamanı “sülh dövründə […]