Prezident İlham Əliyev Cəbrayıl rayonunda “Şəfəq” GES-ə gedən avtomobil yolunun açılışında iştirak edib

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib.

Yenixeber.org xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, IV texniki dərəcəyə uyğun inşa edilən yolun ümumi uzunluğu 11,5 kilometrdir. İki hərəkət zolağından ibarət yolun eni 6 metrdir. Bu yolun inşası ötən ilin dekabrında Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Qeyd edək ki, yeni yolun istifadəyə verilməsi bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinə öz töhfəsini verəcək.

Loading

Next Post

Milli Məclis Zəfərin beşinci ildönümü ilə bağlı Bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat qəbul edəcək. Bu, parlamentin 31 oktyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.