Masallının bəzi kəndlərində qaz olmayacaq

DogruSozTv Az
Oxunma vaxtı:32 Saniyə


Oktyabrın 29-da və 30-da Masallı rayonunun bəzi kəndlərinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Masallı şəhəri H. Əliyev prospektində yerüstü qaz xəttinin çəkilməsi ilə əlaqədar olaraq, şəhərin bir hissəsi, Digah və Seybətin kəndləri də daxil olmaqla 3 200 abonentin qaz verilişi oktyabrın 29-da saat 10:00-dan işlər tamamlananadək dayandırılacaq.

Həmçinin, Ləngan kəndində 1 000 mm-lik beton kollektorun ləğvi və qaz xəttinin yerinin dəyişdirilməsi səbəbilə Təklə, Ləngan, Stansiya Masallı, Xoşçobanlı və Sığınacaq kəndlərində 1 800-ə yaxın abonentin qaz təchizatı oktyabrın 30-da saat 10:00-dan işlər bitənədək dayandırılacaq.

Loading

Next Post

Türkiyədən çıxan PKK – qruplaşmanın dəyişməyən rolu - ŞƏRH

“Terrorsuz Türkiyə” hədəfi reallaşır Ötən gün PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb. Türkiyə prezidentinin mətbuat katibi Ömər Çelik PKK-nın bu addımını “hökumətin məqsədi olan “terrorsuz Türkiyən”in reallaşdırılmasının konkret nəticəsi” adlandırıb və bunun prosesin hüquqi aspektlərinin parlament tərəfindən nəzərdən keçirilməsi üçün “müsbət əsas” yaratdığını qeyd edib. PKK rəsmi Ankara ilə […]