Sabahın hava proqnozu açıqlanıb

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-17, gündüz 21-26 isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

Loading

Next Post

Türkiyə xarici işlər nazirinin müavini Azərbaycana gəlib

Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycana gəlib. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib. Bildirilib ki, Azərbaycan-Türkiyə Xarici İşlər nazirlikləri arasında keçirilməsi planlaşdırılan siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Bakıda səfərdə olan Berris Ekinci əvvəlcə Fəxri və Şəhidlər xiyabanlarını, həmçinin Türk şəhidliyini ziyarət edib.