Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

DogruSozTv Az
Oxunma vaxtı:18 Saniyə

27-31 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilir.

Loading

Next Post

Paşinyan: “Sülhü qorumalıyıq” - Ermənistan hərbi xərcləri azaldır

PaşinyanErmənistan 2026-cı ildə müdafiə xərclərini azaltmağı planlaşdırır. Bunu Baş nazir Nikol Paşinyan 27 oktyabrda parlamentdə Ermənistan Respublikasının 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlayıb. 2025-ci il dövlət büdcəsi layihəsi ilə müqayisədə Müdafiə Nazirliyinin xərcləri 15,3% azaldılaraq 563,1 milyard dram (1,4 milyard ABŞ dolları) təşkil edəcək. Bu, ümumi dövlət […]