Qlobal fond bazarları həftəyə artımla başlayıb

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

ABŞ və Avropa fond bazarlarında əsas indekslərdə artım davam edib.

Bazar ertəsi Nyu-York birjasında Dow Jones Industrial Average 1,01% artaraq 47 207,12 bəndə, S&P 500 indeksi 0,79% yüksələrək 6 791,69 bəndə, NASDAQ Composite isə 1,15% artımla 23 204,87 bəndə çatıb. NYSE Composite 0,34% artaraq 21 698,06 bənd, S&P/TSX Composite indeksi isə 0,55% artaraq 30 353,07 bənd təşkil edib.

Avropa bazarlarında da müsbət dinamika müşahidə olunub. FTSE 100 0,70%, DAX 0,13%, IBEX 35 isə 0,44% artıb. Euro Stoxx 50 0,11% yüksəlib, CAC 40 indeksi isə dəyişməyərək sabit qalıb.

İndekslərin artımı investorların iqtisadi dirçəliş və gəlir hesabatlarına dair optimist gözləntiləri ilə izah olunur.

Loading

Next Post

Keşlədə tikinti materialları yığılmış yer yanıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində tikinti materiallarının yanması barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan […]