Gələn il sertifikasiyadan keçən müəllimlərə 212,8 milyon manat AYRILACAQ

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı nəzərdə tutulur.

Sertifikasiyada uğur qazanan müəllim heyətin differensial əməkhaqqı sisteminə cəlb olunması üçün 2026-cı ilin dövlət büdcəsinin layihəsində 212,8 milyon manat vəsait nəzərdə tutulub.

Bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub.

Qeyd edək ki, sertifikasiyada 30-50 bal toplayan müəllimlərin maaşına 10 faiz, 51-60 toplayanların maaşına isə 35 faiz əlavə hesablanır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, 2025-ci ildə təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21 minə yaxın müəllim iştirak edib. Builki test imtahanı mərhələsində 6600 müəllim 51 bal və daha yuxarı, 11 min 318 müəllim isə 30 bal və daha yuxarı nəticə göstərib.

Loading

Next Post

2026-cı ildə Milli Məclisdəki partiyalara nə qədər vəsait ayrılacaq? - AÇIQLANDI

Gələn il deputatları Milli Məclisdə təmsil olunan siyasi partiyalara nə qədər vəsaitin ayrılacağı məlum olub. Bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub. Belə ki, 2026-cı ilin dövlət büdcəsində VII çağırış Milli Məclisin deputatlarının təmsil etdikləri siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 6 milyon manat vəsait nəzərdə […]