Nikol Paşinyan: Cənubi Qafqaz ölkələrinin taleləri müəyyən dərəcədə bir-biri ilə bağlıdır

DogruSozTv Az
Oxunma vaxtı:35 Saniyə

Cənubi Qafqaz ölkələrinin taleləri müəyyən dərəcədə bir-biri ilə bağlıdır.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumundakı çıxışında deyib.

O, Cənubi Qafqaz ölkələrinin birlikdə hərəkət sayəsində daha böyük fayda əldə edə biləcəklərini vurğulayıb:

“Tarix göstərdi ki, birlikdə hərəkət etmədikdə yalnız itkilər yaşaya, hətta dövlətçiliyi itirə bilərik. Bu, mənim şəxsi qənaətimdir. Ermənistan və Azərbaycan arasında qarşılıqlı münasibətlərin mümkünlüyünü tam şəkildə başa düşmək üçün bu mövzu kifayət qədər müzakirə olunmayıb.

Cənubi Qafqazı daha geniş kontekstdə görmək və başa düşmək lazımdır. Tarix onu da göstərir ki, uzunmüddətli münaqişələr və düşmənçiliklər olsa da, bizim – yəni Ermənistan və Azərbaycanın – vəziyyətində Cənubi Qafqaz ölkələrinin taleləri müəyyən dərəcədə bir-biri ilə bağlıdır”.

Loading

Next Post

Sabah bəzi ərazilərə yağış yağacaq - PROQNOZ

Azərbaycanda oktyabrın 23-də yağışlı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16, […]