Kürdəmirdə uşaq bağçasında yanğın olub

DogruSozTv Az
Oxunma vaxtı:24 Saniyə

Kürdəmir şəhərində uşaq bağçasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, şəhərdə fəaliyyət göstərən uşaq bağçasının ərazisində 7 m² sahədə taxta tullantıları, bitişik ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m²) olan ikimərtəbəli 16 otaqlı bağça binasında iki otağın yanar konstruksiyaları 50 m² sahədə, 2 ədəd pəncərə çərçivəsi, 8 ədəd çarpayı və dam örtüyünün taxta atmaları 25 m² sahədə yanıb.

Bağça binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Loading

Next Post

Dünya bazarlarında neft yenidən ucuzlaşır

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin dekabr müqaviləsinin dəyəri 0,2% azalaraq 1 barelə görə 60,64 ABŞ dolları təşkil edib. Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,21% azalaraq 57,34 ABŞ dollarına bərabər […]