Kürdəmirdə ailə münaqişəsi qanla bitib

DogruSozTv Az
Oxunma vaxtı:18 Saniyə

Kürdəmirdə ailə münaqişəsi nəticəsində kişi həyat yoldaşını bıçaqlayıb.

Hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində kənd sakini Nizami Hüseynov həyat yoldaşı Sara Hüseynovaya 10 bıçaq xəsarəti yetirib.

Ağır bədən xəsarətləri alan yaralı dərhal ətrafdakı insanların köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.(Report)

Loading

Next Post

Azərbaycanın şahmat millisi bu gün dördüncü dəfə Avropa çempionu ola bilər

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu gün tarixində dördüncü dəfə Avropa çempionu ola bilər. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv Gürcüstanın Batumi şəhərində keçirilən qitə çempionatının IX turunda Serbiya ilə üz-üzə gələcək. Komanda 8 turdan sonra 13 xalla Ukrayna millisi ilə birgə liderliyi […]