İlham Əliyev: “Qarabağ” klubu xalqımızı qürurlandırmaqda davam edir

DogruSozTv Az
Oxunma vaxtı:22 Saniyə

Prezident İlham Əliyev “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” klubu üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.

Loading

Next Post

İlham Əliyev Kopenhagendə ziyafətdə İŞTİRAK ETDİ - FOTO

Oktyabrın 1-də Kopenhagendə Danimarka Kralı X Frederik və Kraliçası Meri Elizabetin adından ziyafət verilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.