Sabahın havası açıqlanıb

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

Bakıda və Abşeron yarımadasında sentyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-17, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.

Loading

Next Post

Aydın Kərimov: Şuşada səhiyyə turizminin inkişafı üçün geniş imkanlar var

“Şuşada səhiyyə turizminin inkişafı üçün geniş imkanlar var”. Bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib. “Şuşada təmiz hava, gözəl təbiət var. Bunun, əlbəttə ki, səhiyyəyə, insanların sağlamlığına müsbət təsiri var. Səhiyyə turizminin inkişafında bu amil çox mühümdür. TƏBİB və Səhiyyə Nazirliyinin […]