Metro bu günlərdə gecə 2-ə qədər işləyəcək

DogruSozTv Az
Oxunma vaxtı:29 Saniyə

“Bakı Metropoliteni” QSC “Formula 1 üzrə Azərbaycan Qran-prisi” ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.

Bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Bakı Şəhər Halqası əməliyyat şirkətinin müraciətinə əsasən, sentyabrın 19-20-nə və 20-dən 21-nə keçən gecələrdə Bakı metropolitenin bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Paytaxtda keçirilən kütləvi tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planına əsasən, yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək.

Qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq və zərurət olarsa, xətlərə buraxılacaq.

Loading

Next Post

ABŞ İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı elan edib

ABŞ Dövlət Departamenti İranla əlaqəli 4 qruplaşmanı terror təşkilatı olaraq tanıyıb. Bu barədə məlumat departamentin saytında dərc olunub. Sözügedən qruplaşmalar “Hərəkət əl-Nücəba”, “Kətaib Seyyid əl-Şühəda”, “Hərəkət Ənsar Allah əl-Əvfiya” və “Kataib əl-İmam Əli”dir. ABŞ Dövlət Departamenti “İranı dünyada terrorizmin sponsoru” adlandırıb və rəsmi Tehranın bu qruplaşmalara hər cür dəstək göstərdiyini […]