Bakının iki rayonunda qaz olmayacaq

DogruSozTv Az
Oxunma vaxtı:30 Saniyə


Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, Xəzər rayonu, Binə qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması, siyirtmənin quraşdırılması və yeni çəkilmiş qaz kəmərinin mövcud şəbəkəyə qoşulması, eləcə də Sabunçu rayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndini təbii qazla təmin edən qaz xəttində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar sentyabrın 16-da saat 10:00-dan işlər başa çatanadək Binə qəsəbəsi Südçülük sovxozu adlanan ərazinin və Əli İsazadə küçəsinin, həmçinin Sabunçu rayonu, Zabrat qəsəbəsi və Kürdəxanı kəndinin qaz təchizatında fasilə yaranacaq.

Loading

Next Post

Müəllimlərin maaşına əlavələr edilir - RƏSMİ

“Sertifikasiya prosesi 2022-ci ildən etibarən başlayıb və bu il də davam etdirilir. Bu il ilk dəfə təxminən 2 000 yeni fənn müəllimi həmin prosesə cəlb olunub”.  Bu fikirləri Real TV-nin efirində yayımlanan “Real İntervyu” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov səsləndirib. Onun sözlərinə […]