CHP-də daha iki qalmaqallı istefa

DogruSozTv Az
Oxunma vaxtı:24 Saniyə

Türkiyənin Konya vilayətinin Səydişəhər və Emirqazi rayonlarının Cümhuriyyət Xalq Partiyasından (CHP) olan merləri hakim Ədalət və İnkişaf Partiyasına (AK Partiya) keçiblər.

Səydişəhərdə 2024-cü ildə Cümhuriyyət Xalq Partiyasından (CHP) 35,09% səslə seçilmiş Həsən Ustaoğlu və Emirqazidə başqa bir müxalifət partiyasından 53,87% səslə qalib gəlmiş Mesut Mərtcan Ankarada keçirilən mərasimdə prezident Rəcəb Tayyib Ərdoğanın əlindən AKP-nin üzvlük nişanını alıblar.

Ustaoğlu qərarını “Səydişəhərə daha səmərəli xidmət etmək” istəyi ilə əsaslandırıb, Mərtcan isə hakim partiyanın vizyonuna sadiqliyini vurğulayıb.

Loading

Next Post

Pezeşkian İsraillə bağlı müzakirə üçün Qətərə gedir

İran prezidenti Məsud Pezeşkian İslam və ərəb ölkələri liderlərinin fövqəladə toplantısında iştirak etmək üçün gələn həftə Tehrandan Qətərin paytaxtı Dohaya yola düşəcək. Bu barədə İran KİV-i məlumat yayıb. Bazar ertəsi İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası da daxil olmaqla müsəlman ölkələri liderlərinin fövqəladə sammitində İsrailin təcavüzkar əməlləri müzakirə olunacaq.