Sabah 38 dərəcə isti olacaq

Oxunma vaxtı:31 Saniyə

Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraiti yağmursuz olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.   Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.

Loading

Next Post

İranda Mossada bağlılıqda şübhəli bilinən 8 nəfər həbs edilib

İranda SEPAH-ın kəşfiyyat xidməti İsrailin xarici xüsusi xidmət orqanı Mossadla əlaqəli səkkiz nəfəri həbs edib. Əməliyyat Xorasan Rəzəvi vilayətində keçirilib. Həbs olunanlar ölkə ərazisində strateji əhəmiyyətli obyektlərin və hərbi rəsmilərin yerlərinə dair koordinatları Mossada ötürməkdə ittiham olunurlar.