Bu yol tam bağlanır

Oxunma vaxtı:22 Saniyə

Sabah (3 sentyabr, saat 06:00-dan başlayaraq) Mehdiabad-Digah-Məmmədli “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən avtomobil yolunda Əjdər Məlikov küçəsindən (Zabrat-Kürdəxanı avtomobil yolu) Mehdiabad istiqamətində 28 May küçəsinə qədər olan hissədə aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün mərhələli şəkildə tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

“Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda bildirilib.

Loading

Next Post

Ankaranın bu təklifini Kiyev rədd etdi – Lavrov

Türkiyə 2024-cü ilin yazında taxıl müqaviləsini bərpa etməyə çalışdı, Moskva hazır idi, lakin Kiyev Rusiya razılıq verdikdən sonra imtina etdi. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Cari ilin yazında Türkiyə tərəfindən bu dəyişdirilmiş formatda ərzaq tədarükünün qorunmasına dair sazişi yeniləməyə cəhd edildi. Hazır idik. Son anda ukraynalılar dedilər […]