Bakının iki rayonunun bəzi ərazilərində qaz kəsiləcək

Oxunma vaxtı:27 Saniyə

Bu gün Bakının Xətai və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi və Sabunçu rayonu, Pirşağı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar avqustun 26-da saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonu, Əhmədli, Həzi Aslanov qəsəbələrinin, Ş.Səmədov, K.Kərimov, M.Davud küçələrinin və Sabunçu rayonu, Pirşağı qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Loading

Next Post

DYP azyaşlıların moped və motosiklet idarə etməsi ilə bağlı valideynlərə xəbərdarlıq edib

Azyaşlı uşaqların moped və motosiklet idarə etməsi yolverilməzdir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara və aparılan profilaktik tədbirlərə baxmayaraq, bəzi moped və motosiklet sürücüləri hələ də yollarda məsuliyyətsiz və təhlükəli davranışlardan əl çəkmirlər: “Bu cür qayda pozuntuları yalnız həmin sürücülərin deyil, həm […]