İranlı nazir: Ermənistanla Araz üzərindən ikinci keçid məntəqəsinin inşası barədə razılığa gəldik

Oxunma vaxtı:28 Saniyə

İran və Ermənistan Araz çayı üzərindən ikinci sərhəd körpüsünün inşası barədə razılığa gəlib.

Bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq İrəvanda “Tasnim” agentliyinə bildirib.

Onun sözlərinə görə, tərəflər həmçinin mövcud körpünün yenidən qurulması, sərhəd terminallarının abadlaşdırılması barədə razılığa gəliblər. Bu addımlar yük daşımalarının asanlaşmasına və hərtərəfli tranzit paketinin formalaşmasına töhfə verəcək.

Nazir qeyd edib ki, Ermənistanda aparılan danışıqlarda dəmir yolu layihələrinə xüsusi diqqət yetirilib. Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolunun inkişafı ilə bağlı strateji plan razılaşdırılıb ki, bunun da region ölkələri arasında tranzit əlaqələrində səmərəli rol oynayacağı ehtimal olunur.

Loading

Next Post

Azərbaycanda "Qaz təchizatı haqqında” qanun qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 8-də qəbul etdiyi “Qaz təchizatı haqqında” qanunu təsdiqləyib. Yeni qanun təbii qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək və qaz təchizatının […]