Türkiyə XİN rəhbəri Səudiyyə Ərəbistanı, Qətər, İraq kimi ölkələrə Suriyaya dəstək üçün çağırış edib

Oxunma vaxtı:34 Saniyə

Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı, Qətər, İraq kimi ölkələrə Suriyaya dəstək üçün çağırış edib.

O, bu barədə suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında danışıb.

Türkiyə XİN başçısı vurğulayıb ki, Suriyada xalqın təhlükəsizliyi və azadlığı əsas prioritetdir:

“Suriyadakı qardaşlarımızın məhz buna ehtiyacı var və əməkdaşlıq içində olduğumuz ölkələrlə birlikdə buna nail olmalıyıq. Lakin, şübhəsiz ki, bölgədəki bütün ölkələr bunu istəmir. Suriyanın yenidən ayağa qalxması üçün aramızdakı əməkdaşlığı davam etdirməliyik”.

Əsəd Həsən Şeybani isə öz növbəsində vurğulayıb Suriyanın ərazi bütövlüyü və sabitliyi, eyni zamanda bölgənin sabitliyi deməkdir.

Nazir ölkəsinə verilən dəstəkdən məmnunluğunu ifadə edib:

“Bu xüsusda Türkiyə hökuməti və xalqı başda olmaqla Suriyanın yanında olan ölkələrə təşəkkür edirik”.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

13 thoughts on “Türkiyə XİN rəhbəri Səudiyyə Ərəbistanı, Qətər, İraq kimi ölkələrə Suriyaya dəstək üçün çağırış edib

Comments are closed.

Next Post

Bayram Beqay: Azərbaycanla Ermənistanın sülh bəyannaməsi imzalaması əməkdaşlığa yol açan tarixi mərhələdir

Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: “Hörmətli cənab Prezident, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh bəyannaməsinin uğurla imzalanması münasibətilə Sizə Albaniya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Bu sənədin imzalanması iki ölkə arasında əməkdaşlığa və qarşılıqlı anlaşmaya yol açan […]