Donald Tramp Ağ Evin rəmzi açarını İlham Əliyevə təqdim etdi

Oxunma vaxtı:48 Saniyə

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ Evin rəmzi açarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib.

Bu, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladıqdan sonra söhbət əsnasında baş verib.

Prezident Donald Tramp: Mənim Sizin üçün hədiyyəm var. İcazə verin, onu təqdim edim. Zənnimcə, bəyənəcəksiniz.

Prezident İlham Əliyev: Mənim 9 nəvəm var, icazə versəniz, hamısını götürərdim.

Prezident Donald Tramp: Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız. Bu sikkələr hamının xoşuna gəlir. Dünyanın ən gözəl sikkəsidir. Bəlkə də dünyanın ən bahalı sikkəsidir. Heyət üzvləri yaxınlaşın və şəkilinizi də çəksinlər.

Sonda Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edən Prezident Donald Tramp dedi: Sizə daha bir hədiyyəm var. Bu Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

13 thoughts on “Donald Tramp Ağ Evin rəmzi açarını İlham Əliyevə təqdim etdi

Comments are closed.

Next Post

Britaniya XİN başçısı Azərbaycan və Ermənistanı təbrik edib

Böyük Britanyanın xarici işlər naziri Devid Lemmi Vaşinqtonda sülh istiqamətində atılan cəsarətli addımlara görə Azərbaycan və Ermənistanı təbrik edib. Bu barədə Birləşmiş Krallığın XİN başçısı Devid Lemmi sosial şəbəkədəki səhifəsində bildirib. O, bu irəliləyişin əldə olunmasının həyati rolunu təqdir etdiyini vurğulayıb: “Hər iki tərəf öhdəliklərinə əməl etdikcə Birləşmiş Krallıq Cənubi […]