Özbəkistan Prezidenti: Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir

Oxunma vaxtı:42 Saniyə

Bu gün Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir, ticarət, nəqliyyat, “yaşıl enerji” sahəsində layihələr həyata keçirilir.

Bunu Prezident Şavkat Mirziyoyev Türkmənistanda Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məşvərət görüşünün hazırlanması və keçirilməsi məsələlərinə həsr olunmuş xüsusi tədbirdə bildirib.

İştirakçılar Daşkənddə keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşünə hazırlıq məsələlərini müzakirə ediblər. Bundan əlavə, ilin sonunadək parlamentlərarası forum, müdafiə, ticarət və nəqliyyat nazirlərinin görüşləri, həmçinin mədəni-humanitar tədbirlər gözlənilir.

Ş.Mirziyoyevin sözlərinə görə, Özbəkistan siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional qarşılıqlı fəaliyyət sahəsində, o cümlədən su ehtiyatları, enerji və iqlim məsələlərində yeni təşəbbüslər təklif etməyə hazırdır.

Qeyd edək ki, tədbirdə, həmçinin Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, Azərbaycanın Baş naziri Əli Əsədov, eləcə də rəsmi nümayəndə heyətlərinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

13 thoughts on “Özbəkistan Prezidenti: Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir

Comments are closed.

Next Post

Mikayıl Cabbarov: "ABŞ ilə əməkdaşlığın inkişafı üçün böyük perspektiv var"

Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlonla görüşümüzdə bu potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirdik, qarşılıqlı maraqlar çərçivəsində həyata […]