Prezident Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiqləyib

Oxunma vaxtı:32 Saniyə

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Dəyişiklik dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılmasını (ödənilməsi) nəzərdə tutur.

Bu, Təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaq.

Eyni zamanda layihədə “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinin hazırlanması ilə əlaqədar uyğunlaşdırılmaların aparılması məqsədilə Təminat Fondunun mənbələri ilə əlaqədar düzəliş təklif olunub.

Loading

Next Post

"Crocus"dakı terror aktının 15 iştirakçısından 8-i təqsirini qismən etiraf edib - YENİLƏNİB

Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında terror aktının səkkiz iştirakçısı təqsirini qismən etiraf edib. Bu barədə 127 zərərçəkmişin nümayəndəsi, vəkil Lyudmila Ayvar TASS-a bildirib. “Cinayətin 15 iştirakçısından səkkiz nəfər təqsirini qismən etiraf edib, yeddi nəfər isə təqsirini boynuna almayıb”, – o bildirib. Qeyd edək ki, bu […]