Prezident Gəncə Memorial Kompleksində tikinti işlərinin tamamlanmasına vəsait ayırıb

Oxunma vaxtı:26 Saniyə

Prezident İlham Əliyev Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sənəd 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərində və digər yaşayış məntəqələrində həlak olan sakinlərin xatirəsinin əbədiləşdirilməsi və müharibə reallıqlarının əks etdirilməsi məqsədi daşıyır.

Sərəncam Gəncə şəhərində inşa olunan Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 10,5 milyon manat vəsait ayrılıb.

Loading

Next Post

Türkiyə MTŞ-nin iclasında Azərbaycanla Ermənistan arasında baş verən proseslər müzakirə olunacaq

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası zamanı Azərbaycanla Ermənistan arasında baş verən proseslər müzakirə olunacaq. İclasa ölkə başçısı Rəcəb Tayyib Ərdoğan başçılıq edəcək. Bundan əlavə, iclasda Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza və PKK kimi mövzular ətrafında da fikir mübadiləsinin aparılması nəzərdə tutulub.