Özbəkistanın ekologiya naziri: COP29 qlobal ekoloji gündəliyi müzakirə etməyə imkan verir

Oxunma vaxtı:41 Saniyə

Bakıda keçirilən COP29 dünya ictimaiyyətinə qlobal ekoloji gündəliyi müzakirə etmək üçün böyük imkanlar yaradıb.

Bunu Özbəkistanın ekologiya naziri Əziz Abduhakimov COP29-un kuluarlarında “NEWS.ru” portalına bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi tədbiri ən yüksək səviyyədə təşkil edib.

“Azərbaycanlı həmkarlarımı və dostlarımı tədbirin uğurla keçirilməsi münasibətilə təbrik edirəm. Hər şey ən yüksək səviyyədə təşkil olunub. Bu, iştirakçılar üçün aktual gündəliyi, məsələn, “yaşıl enerji”nin “yaşıl təhsil”lə əlaqəsini müzakirə etmək üçün böyük fürsətdir. Məhz buna görə nümayəndə heyətimizdə təhsil və elm naziri də təmsil olunur. Həmçinin energetika, su təsərrüfatı, kənd təsərrüfatı nazirləri də iştirak edirlər”, – o qeyd edib.

Özbəkistanlı nazir həmçinin tərəfdaş və həmkarlarla görüşmək, qlobal ekoloji gündəliyə daxil olan bütün məsələləri təkbətək müzakirə etmək üçün yaradılan imkana görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Ə.Abduhakimovun sözlərinə görə, Özbəkistan nümayəndə heyəti üçün COP29 çox uğurla keçir.

Loading

Next Post

Mədəniyyət naziri: Türkiyə iqlim davayanıqlığına nail olmaq üçün əməkdaşlığa sadiqdir

Türkiyə iqlim dayanıqlığına nail olmaq yolunda əməkdaşlığa sadiqliyini təsdiqləyir. Bunu Türkiyənin mədəniyyət naziri Mehmet Nuri Ersoy COP29 çərçivəsində keçirilən nazirlərin görüşündə bildirib. “Əminəm ki, Azərbaycanın rəhbərliyi altında bu konfrans bizi iqlim dəyişikliyi probleminin həllinə və beynəlxalq ictimaiyyətin gözləntilərinin yerinə yetirilməsinə gətirib çıxaracaq. Beynəlxalq əməkdaşlıq həmçinin qarşıya qoyulmuş məqsədlərə nail olmaq […]