Sərt karantinlə bağlı ŞAD XƏBƏR – QADAĞALAR LƏĞV EDİLİR…

Oxunma vaxtı:58 Saniyə

“Son günlər yoluxmaların sayı ilə sağalanların sayı təxminən eyni səviyyə çatıb. Bu da yeni yumşaldıcı qərarların qəbul olunmasına zəmin yaradır”. Bu sözləri Redaktor.az-a millət vəkili Azər Badamov ölkədə karantin qaydalarının yumşaldılması haqqında danışarkən deyib. “Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdə gündəlik koronavirusa yoluxmaların monitorinqini keçirir və vəziyyətə uyğun qərarlar qəbul edilir. Əvvəl ölkədə sərt karantin rejimi tətbiq edildi, daha sonra vəziyyət analiz olundu və yumşalmalar həyata keçirildi. Hər dəfə karantin rejiminin sərtləşdiriliməsi qərarı qəbul olunanda ölkədə bütün rayonlar üzrə ayrı-ayrılıqda yoluxma dinamikası öyrənilir və sonra qərar verilir. Hazırda müəyyən yumşalmalar olsa da, 13 şəhər və rayonda sərt karantin rejiminin tətbiqi qalmaqdadır. Son günlərin dinamikası göstərir ki, yoluxanların sayı sağalanlarla təxminən eyni səviyyə çatıb. Bu da yeni yumşaldıcı qərarların qəbul olunmasına zəmin yaradır”, – deyə A. Badamov bildirib. “Dünya praktikasında da artıq iqtisadi sahələr üzrə tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılıb. Düşünürəm ki, Operativ Qəragah ölkəmizdə də qeyd etdiyim sahələrdə yaxın zamanlarda yumşalmalar həyata keçirəcəkdir. Bütün bunlarla yanaşı tibbi maskanın taxılmasına və xüsusi qaydalara riayət olunmasına nəzarət gücləndirilməlidir. Hazırda vəziyyət ondan ibarətdir ki, biz koronavirusla yanaşı yeni qaydalara uyğun həyat-şəraitinə uyğun yaşamalıyıq. Düşünürəm ki, ən düzgün qərarları Operativ Qərargah qəbul edəcək”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ramiz Mehdiyevdən sensassion bəyanat

Akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının saytında açıqlama ilə çıxış edib. Nəvəsinin toyu və həmin toydan sonrakı olaylar barədə yazan Mehdiyev onu tənqid edənlərə həddən ziyadə sərt cavab verib. Daha doğrusu, ultimatum yollayıb və ölkənin hyquq-mühafizə orqanları qarşısında da şərt qoyub. Həmin açıqlamanı təqdim edirik: “Məlum olduğu […]