Nazirlik rus dilində tədrislə bağlı yayılan məlumatlara münasibət bildirib

Oxunma vaxtı:22 Saniyə

Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə rus dilində tədrislə bağlı məlumatlara münasibət bildirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür xəbərləri yayarkən dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad etmək lazımdır.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında orta və ali təhsil müəssisələrində rus dilində tədrisin dayandırılmasına dair “rəsmi bildiriş” yayımlanır. Elm və Təhsil Nazirliyi isə məsələ ilə bağlı hər hansı rəsmi açıqlama ilə çıxış etməyib.

Loading

Next Post

Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda “Özbəkistan” parkını açacaq. Bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov sosial şəbəkələrdə məlumat verib. “Prezident Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə başlayıb. Səfər çərçivəsində dövlət başçımız Bakı, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə səfər edəcək”, – məlumatda deyilir. Onun sözlərinə görə, bu […]