Bakı-Balakən-Bakı qatarının vaqon sayı artırılır

Oxunma vaxtı:20 Saniyə

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 25-də Bakıdan Balakənə, iyunun 26-da isə Balakəndən Bakıya yola düşəcək qatarın vaqon sayını artırır.

Bu barədə “Azərbaycan Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, Bakı-Balakən və Balakən-Bakı istiqamətinə hərəkət edəcək qatara 3-ü “Standart” və 3-ü “Standart+” olmaqla ümumilikdə 6 vaqon qoşulacaq.

Qeyd olunan tarixlərdə qatar ümumilikdə 11 vaqonla hərəkət edəcək.

Loading

Next Post

Ceyhun Bayramov BƏƏ XİN başçısı ilə regional təhlükəsizliyi müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed ilə telefon danışığı zamanı regional təhlükəsizliyi müzakirə edib. Bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər Yaxın Şərqdə baş verən son hadisələri, onların regional sülh və təhlükəsizliyə təsirləri ətrafında fikir mübadiləsi […]