FHN Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Oxunma vaxtı:25 Saniyə

Fövqəladə Hallar Nazirliyi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Loading

Next Post

Azərbaycan nefti 2 % ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,4 ABŞ dolları, yaxud 2 % azalaraq 68,47 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat yayib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı […]