Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

Oxunma vaxtı:22 Saniyə

Elm və təhsil naziri Emin Əmrullayev mayın 30-da Astara şəhərində vətəndaşları qəbul edib.

Bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, direktorların işə qəbulu, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Loading

Next Post

UEFA Çempionlar Liqası: Bu gün 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün qalibi bu gün müəyyənləşəcək. Həlledici görüşdə İtaliyanın “İnter” və Fransanın PSJ klubları üz-üzə gələcəklər. Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da, saat 23:00-da başlayacaq qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək. UEFA Çempionlar Liqasını ən çox qazanan komanda İspaniya təmsilçisi “Real”dır. Madrid klubu 15 dəfə kuboku […]