Bu universitetdə yay imtahanlarının vaxtı açıqlandı

Oxunma vaxtı:40 Saniyə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib.

İclasda 2024-2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr barədə təqdimat olub.

Bildirilib ki, yaz semestrinin imtahan sessiyası 2 iyun – 4 iyul 2025-ci il tarixləri aralığında keçiriləcək. Sessiyada 9344 bakalavr, 585 nəfər magistrant olmaqla ümumilikdə 10 min nəfərədək təhsilalanın iştirakı gözlənilir. Bakalavriat səviyyəsi üzrə Buraxılış Yekun Dövlət Attestasiyalarının 23 -24 iyun 2025-ci il, magistratura səviyyəsi üzrə isə 16 – 30 iyun 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur. 

Elmi Şuranın sədri, rektor Cəfər Cəfərov ADPU-nun bakalavriat səviyyəsi üzrə təsdiq olunmuş qəbul planından danışıb.
Professor C.Cəfərov bildirib ki, növbəti tədris ili üçün Pedaqoji Universitetə ayrılmış plan yerlərinin sayı 2705-dir. Yeni tədris ilində 7 ixtisasda ingilis bölməsi, 11 ixtisasda rus bölməsində kadr hazırlığı davam etdiriləcək.

Loading

Next Post

Fəxrəddin Altun: Azərbaycan mətbuatı xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olub

Azərbaycan mətbuatı 150 illik tarixi ilə yalnız xəbər çatdırmaqla kifayətlənməyib, eyni zamanda xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olub.Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun mayın 30-da Naxçıvanda keçirilən “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025″ə videomüraciəti zamanı deyib. O, həqiqətin çatdırılmasını özünə […]