Culfanın bir sıra kəndlərində qaz olmayacaq

Oxunma vaxtı:20 Saniyə

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Report”un yerli bürosu xəbər verir ki, 159 mm boruda sızma aşkar olunduğu üçün təmir işləri görülməsi ilə əlaqədar qaz təchizatı Culfa rayon Xanəgah, Xoşkeşin, Əlincə, Teyvaz, Milax, Ləkətağ, Ərəfsə, Qazançı və Boyəhməd kəndlərində mayın 16-da saat 12:00 dan müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Loading

Next Post

Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb

Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başlayıb. Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb. Üçtərəfli görüş İstanbuldakı “Dolmabahçe” ofisində keçirilir.