Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Oxunma vaxtı:36 Saniyə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin vəliəhdi və Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə ilə əməkdaşlıq perspektivlərini müzakirə edib.

Bu barədə Azərbaycan XİN-in “X” səhifəsində bildirilib.

“Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə hərtərəfli müzakirə aparıblar”, – məlumatda qeyd olunub.

Öz növbəsində, C.Bayramov qeyd edib ki, Bəhreyn Baş naziri ilə danışıqlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişafı da daxil olmaqla məsələlərin geniş spektrini əhatə edib.

“Biz həmçinin qarşılıqlı maraq doğuran mühüm regional və qlobal hadisələr barədə fikir mübadiləsi apardıq. Əminəm ki, yüksək səviyyəli əlaqələrin və qarşılıqlı səfərlərin intensiv şəkildə davam etməsi ölkələrimiz arasında daha sıx əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”, – nazir sosial şəbəkədə yazıb.

Loading

Next Post

Azərbaycan “Global CyberDrill 2025” tədbirində təmsil olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Global CyberDrill 2025” tədbirində iştirak ediblər. Tədbir Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiya İnkişaf Bürosu və Birləşmiş Ərəb Əmirliklərinin Kibertəhlükəsizlik Şurasının (UAE Cybersecurity Council) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin ilk günü inkişaf etməkdə […]