İlham Əliyev Polşa Prezidentini təbrik edib

Oxunma vaxtı:21 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev polşalı həmkarı Andjey Dudaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.

Loading

Next Post

DYP həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.  Müraciətdə hazırda ölkənin dağlıq və dağətəyi rayonlarında hökm sürən yağışlı havanın yol hərəkəti təhlükəsizliyi baxımından əlverişsiz hesab olunduğu qeyd olunub. “Xüsusilə, gecə və səhər saatlarında müşahidə edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini məhdudlaşdırdığını, sürüşmə ehtimalını […]