Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib

Oxunma vaxtı:19 Saniyə

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komanda-qərargah təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimə cəlb olunan bölmələr “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılıb, onların manevr imkanları, komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqları yoxlanılıb.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə bölmələr şərti düşmən hədəflərini atəşlə məhv ediblər.

Komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib.

Loading

Next Post

Emin Əmrullayev Astarada vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 30 may tarixində Astara şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat evrilib. Bildirilib ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər. Adları çəkilən rayonların sakinləri 13 may  (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı […]