Dəkkə Azərbaycanın Banqladeşdə diplomatik nümayəndəliyinin açılmasına ümid edir

Oxunma vaxtı:45 Saniyə

Banqladeş Azərbaycanın bu ölkədə diplomatik nümayəndəliyinin açılmasında maraqlıdır.

Bu barədə ölkənin xarici siyasət idarəsinin rəhbəri Caşim Uddin Azərbaycanla XİN-lərarası siyasi məsləhətləşmələrin ikinci raundu zamanı bildirib.

Azərbaycan tərəfindən görüşdə xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak edib.

“Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli münasibətlərin bütün spektrini müzakirə ediblər. Siyasi, iqtisadi, mədəni və çoxtərəfli sahələrdə əməkdaşlığın artan dinamikasından məmnunluqlarını ifadə ediblər. Nazir C.Uddin Azərbaycanın Dəkkədə diplomatik nümayəndəliyinin (hazırda Azərbaycanın Hindistandakı səfiri eyni zamanda Banqladeşdə akkreditə olunub) açılmasının vacibliyini bir daha vurğulayıb”, – məlumatda bildirilib.

Bildirilib ki, XİN-lərarası ikitərəfli siyasi məsləhətləşmələrin növbəti raundu Bakıda keçiriləcək.

Nazir həmçinin Azərbaycanın qlobal iqlim gündəliyinin irəli aparılmasında aparıcı rolunu yüksək qiymətləndirib.

“O, həmçinin Azərbaycana səfər etmək istəyən Banqladeş vətəndaşları üçün viza ilə bağlı mövcud problemin münasib həllinin tapılmasına çağırıb. Görüşün yekunları üzrə tərəflər bir sıra memorandumların, o cümlədən diplomatlar və dövlət qurumlarının nümayəndələri üçün vizasız rejimin tətbiqi haqqında memorandumun imzalanması barədə razılığa gəliblər”, – qurumdan bildirilib.

Loading

Next Post

Hərbi xidmətdən yayınanlara xəbərdarlıq - Cərimələr sərtləşdirildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib. Dövlət Xidmətindən verilən xəbərə görə, müraciətdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hərbi qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma […]