Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri nümayəndə heyətləri arasında işçi görüş keçirilib

Oxunma vaxtı:25 Saniyə

Bakıda Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri nümayəndə heyətləri arasında işçi görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən keçirilən tədbirdə Müdafiə Nazirliyi Hərbi Strategiya və Müdafiə Planlaşdırması İdarəsi tərəfindən qonaqlara Azərbaycan Ordusunda müdafiə planlaşdırılması sahəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən layihələrin idarə olunması ilə bağlı geniş brifinq təqdim olunub.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb. Yekunda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

Loading

Next Post

Ukraynada yubanan atəşkəs – torpaqlardan çıxmayan Rusiya - ŞƏRH

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq cəhdləri hələ ki nəticə vermir. Tərəflər bir-birinin ərazisində hərbi əməliyyatları davam etdirirlər. Ancaq bu ilin fevralında Tramp Moskva ilə Kiyev arasında atəşkəslə bağlı fəaliyyətə başlayanda elə təəssürat yaranırdı ki, tezliklə atəşkəs elan olunacaq. Bununla da müharibənin bitməsi üçün şərait yaranacaq. Donald […]