Çin Sədri: Tarif və ticarət müharibələri dünyanın iqtisadi nizamına zərbədir

Oxunma vaxtı:23 Saniyə

Tarif və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sisteminə zərər vurur.

Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib.

“Bu, dünyanın iqtisadi nizamı üçün zərbədir”, – o qeyd edib.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə Çindən idxala elan etdiyi 145 %-lik rüsumların həddindən artıq yüksək olduğunu bildirib. Tramp onları azaldacağını və Çin ilə ticarət sazişinə nail olacağını vəd edib.

Loading

Next Post

Prezident İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.Sədr Si Cinpin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını və əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd etdi. Söhbət zamanı ötən il Astanada keçirilmiş görüş əsnasında ölkələrimiz arasında strateji tərəfdaşlığa dair qəbul olunan […]