Çin Azərbaycanın tezliklə Ümumdünya Ticarət Təşkilatına üzv olmasını istəyir

Oxunma vaxtı:27 Saniyə

Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tezliklə üzv olmasını dəstəkləyir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Sədri Si Cinpin imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da bildirilir.

Sənədə əsasən, tərəflər dünya iqtisadi düzənində baş verən dəyişiklikləri daha yaxşı əks etdirmək üçün beynəlxalq maliyyə arxitekturasında islahatın təşviqini dəstəkləyirlər.

Bununla yanaşı, tərəflər ticarət və investisiyaların liberallaşdırılmasını və sadələşdirilməsini dəstəkləyir, unilateralizm və proteksionizm, despotizm və dünya ticarəti qaydalarının pozulmasının əleyhinə çıxırlar, birgə rifah naminə çoxtərəfli ticarət sistemini birgə səylərlə müdafiə edirlər.

Loading

Next Post

Çin Sədri: Tarif və ticarət müharibələri dünyanın iqtisadi nizamına zərbədir

Tarif və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sisteminə zərər vurur.Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı bildirib. “Bu, dünyanın iqtisadi nizamı üçün zərbədir”, – o qeyd edib. Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp Ağ Evdə […]