Bu qurumun işçilərinin sayı artırıldı

Oxunma vaxtı:21 Saniyə

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin ştat vahidi 146-dan 164-dək artırılır.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi ilə bağlı yeni fərmanda əksini tapıb.

O cümlədən, Dövlət Xidməti Aparatının ştat vahidi 51-dən 57-yə, regional bölmələri üzrə isə 95-dən 107-yə çatdırılıb.

Loading

Next Post

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinə qədər) bu gecədən etibarən hərəkət məhdudlaşdırılacaq.  Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.