MN: Ermənistanın yaydığı məlumat yalandır, tamamilə dezinformasiya məqsədi daşıyır

Oxunma vaxtı:34 Saniyə

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda bildirilib

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb.

“Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür. Qarşı tərəf həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa, son günlər mövqelərimizi müxtəlif istiqamətlərdən mütəmadi olaraq atəşə tutmaqla törətdikləri təxribatlarını gizlətməyə cəhd edir”, – məlumatda vurğulanıb.

Loading

Next Post

Peskov: Trampın Rusiyaya qarşı sanksiyaları uzatması gözlənilən idi

Kremldə ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar haqqında fərmanın müddətini uzatması ilə əlaqədar bildiriblər ki, başqa bir qərar gözləməyə dəyməzdi. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib. “Başqa bir qərar gözləməyə dəyməzdəi, xüsusilə də bu, kifayət qədər avtomatik hərəkətlərdir. Biz, yəqin ki, münasibətlərin […]