Peskov: Trampın Rusiyaya qarşı sanksiyaları uzatması gözlənilən idi

Oxunma vaxtı:32 Saniyə

Kremldə ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar haqqında fərmanın müddətini uzatması ilə əlaqədar bildiriblər ki, başqa bir qərar gözləməyə dəyməzdi.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib.

“Başqa bir qərar gözləməyə dəyməzdəi, xüsusilə də bu, kifayət qədər avtomatik hərəkətlərdir. Biz, yəqin ki, münasibətlərin normallaşdırılması, faktiki olaraq yenidən qurulması yolunun başlanğıcındayıq. Buna görə də bu məsələ ilə bağlı heç bir şişirdilmiş gözləntilərimiz olmayıb”, – o qeyd edib.

Bundan əlavə, D.Peskov bildirib ki, Rusiya tərəfinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə təmasları faydalıdır, çünki iki ölkənin liderlərinə mövqelərini bir-birinə çatdırmağa imkan verir, lakin bu əlaqələrdən dərhal nəticə gözləmək lazım deyil.

Loading

Next Post

Sabah Sulutəpə və Çiçək qəsəbələrində işıq olmayacaq

Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Səhmdar Cəmiyyətin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma və təmir işlərinin aparılması ilə əlaqədar aprelin 15-də bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla […]