Bu gənclərə xüsusi təqaüdlər veriləcək – Pul ayrıldı

Oxunma vaxtı:22 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb. 

Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 98 794 (doxsan səkkiz min yeddi yüz doxsan dörd) manat məbləğində vəsait ayrılıb. 

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etmək, Mədəniyyət Nazirliyinə isə bu məsələləri həll etmək tapşırılıb.

Loading

Next Post

Sabahdan bəzi rayonlara sulu qar yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 2-si gündüz dağlıq ərazilərdən başlayaraq 4-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda […]