Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Oxunma vaxtı:28 Saniyə

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Səmimi qəlbdən inanıram ki, insanlığın ən böyük dəyərləri olan mənəvi təmizlik və yüksək əxlaqi keyfiyyətləri tərənnüm edən bu nurlu bayram ölkələrimiz arasında əlaqələrin inkişafına, dostluğun, qarşılıqlı dəstəyin və bütün müsəlman ümmətinin həmrəyliyinin möhkəmlənməsinə bundan sonra da töhfə verəcək.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram. Qoy bütün dualarınız və xeyirxah əməlləriniz Uca Allah tərəfindən qəbul olunsun”.

Loading

Next Post

Liviya Prezidenti Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl – Mənfidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.Məktubda deyilir: “Hörmətli cənab Prezident. Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram. […]