Azərbaycan nefti ucuzlaşıb

Oxunma vaxtı:43 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,52 ABŞ dolları, yaxud 0,71 % azalaraq 72,90 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 71,73 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,70 % azalaraq 71,56 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona “Şərəf” ordenini təqdim edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Milli Məclisin sədri Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla spiker Azərbaycanın ictimai-siyasi həyatında böyük xidmətlərinə görə mükafata layiq […]